İsveç 5 rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib
İsveç 5 rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström SVT telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev Skandinaviya Xarici İşlər Nazirliyinə çağırılıb və orada 5 diplomatın "diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətə görə” ölkəni tərk etməsini tələb ediblər.
Bu arada, İsveç Kəşfiyyat İdarəsinin (SEPO) aprelin 21-də yaydığı hesabatda İsveçdə vəzifələrini yerinə yetirən üç rusiyalı işçidən birinin Rusiya kəşfiyyatı üçün işlədiyi və Skandinaviya ölkəsi üçün təhlükə yaratdığı bildirilib.
Aprelin 19-da Danimarka, Norveç, İsveç və Finlandiya telekanalları Rusiyanın guya Şimal dənizində sualtı kabellər, külək stansiyaları və qaz kəmərlərində təxribat törətməyə hazırlaşdığı barədə məlumat yayıb.
www.anews.az

Bundan əlavə, aprelin 14-də Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşı persona non-qrata elan edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox