Aleksandr Lentsov Qarabağa niyə gəlir? - AÇIQLAMA
General-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri t'yin olunub. Bu barədə "Sputnik Ermənistan” Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Aleksandr Lentsovun bölgəyə göndərilməsində məqsəd Rusiyanın bu ərazilərdə mövqeylərini möhkəmləndirmək istəyi ilə bağlıdır.
www.anews.az
Rusiya Federasiyasının müdafiə nazirinin keçmiş müşaviri çalışmış Lentsov bu vəzifədə general-mayor Andrey Volkovu əvəz edəcək.
Millət vəkili Arzu Nağıyevin sözlərinə görə, Aleksandr Lentsovun yeni komandir təyin olunması Rusiyanın regiondakı maraqlarına xidmət edəcək.
"Rusiya heç vaxt öz maraqlarından əl çəkməyib. İstər Volkovun dövründə, istərsə də indi Rusiya üçün öz maraqları ən mühüm məsələdir. Amma bütün maraqlara baxmayaraq 2025-ci ildə sülhməramlıların mandatı bitir və bundan sonra onlar regionu tərk etməlidirlər", - Nağıyev bildirib.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Aleksandr Lentsovun bölgəyə göndərilməsində məqsəd Rusiyanın bu ərazilərdə mövqeylərini möhkəmləndirmək istəyi ilə bağlıdır.
"Gələn məlumatlar təstiq edir ki,
sülhməramlıların yeni komandanı başqa bir missiya ilə bölgəyə gəlir. Təbii ki,
biz bunu birbaşa deməkdə çətinlik çəkirik. Birdən-birə general polkovnik rütbəsində
çalışan, vaxtı ilə böyük hərbi vəzifələr tutmuş bir şəxsin buraya
göndərilməsi Rusiyanın bölgədə qalmaq istəkləri və mövqelərini möhkəmləndirməsi
ilə bağlıdır. Mən bu rəhbər dəyişikliyində müsbət bir hal görmürəm. Rusiya Cənubi Qafqazdakı strateji mövqelərini bütün vasitələrlə möhkəmləndirməyə çalışır”, -
Hüseynli bildirib.
Aleksandr Lentsov 1956-cı il dekabrn 20-də Krasnodar diyarında anadan olub. Orta məktəbi bitirdikdən
sonra Ryazan Ali Hava Desant Komandanlığı Məktəbinə qəbul edilib. 103-cü hava desant diviziyasının
tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana göndərilib.
1980-1982-ci illərdə hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat
briqadasının komandiri olub. Kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində Lentsov bir döyüşçüsünü də itirməyib və bir çox mühüm tapşırıqları yerinə yetirib.
1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə
234-cü paraşüt batalyonunun qərargah rəisi təyin edilib. 1983-1986-cı
illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.
Lentsov Əfqanıstan, birinci çeçen, ikinci çeçen, Bosniya, Cənubi
Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib. 2013-cü ildən 2020-ci ilə qədər Rusiyanın Quru Qoşunları Baş Komandanının
müavini vəzifəsini icra edib. O, 2014-cü ildə general rütbəsini alıb.
2009-2013-cü illər ərzində də Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini
vəzifəsində çalışıb.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox