ABŞ: Laçında nəzarət-buraxılış məntəqəsi yerləşdirməsi sülh prosesinə xələl gətirir
Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
O, dövlət katibi Blinkenin Cənubi Qafqazdakı vəziyyətlə bağlı danışıqlara böyük əhəmiyyət verdiyini vurğulayıb.
"Açığı, bu, sülh prosesinə etimadın bərqərar edilməsi səylərini sarsıdır və biz hesab edirik ki, Laçın dəhlizi ilə insanların və yüklərin sərbəst və açıq gediş-gəlişi təmin edilməlidir. ", - Patel brifinqdə bildirib.
www.anews.az
O, dövlət katibi Blinkenin Cənubi Qafqazdakı vəziyyətlə bağlı danışıqlara böyük əhəmiyyət verdiyini vurğulayıb.
"Açığı, bu, sülh prosesinə etimadın bərqərar edilməsi səylərini sarsıdır və biz hesab edirik ki, Laçın dəhlizi ilə insanların və yüklərin sərbəst və açıq gediş-gəlişi təmin edilməlidir. ", - Patel brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ baş məsləhətçi Louis Bono və dövlət katibinin köməkçisi Derek Hoqanın səyləri ilə bu məsələni fəal şəkildə davam etdirəcək.
Millət vəkili Arzu Nağıyev deyir ki, Azərbaycan öz ərazisində istədiyi yerdə nəzarət-buraxılış məntəqəsi yarada bilər.
"Bizim öz ərazimizdə istənilən nəzarət buraxılış məntəqəsinin açılmasına öz ixtiyarımız, öz haqqımız var. Heç bir beynəlxalq normada qanunları pozmuruq. Sülhün bərqərar olması üçün əksinə biz addımlar atırıq. Bir neçə gün bundan öncə Ermənistan tərəfi özünün sərhəddində konteynerlər quraşdırıb, sərhəddi bərqərar etməyə çalışırdılar. Yəni ona qarşı hər hansı bir bəyanat olmadığı halda məhz Azərbaycana bəyanat verirlər. Vaxtı ilə 2020-ci ilin noyabr sazişlərinə uyğun olaraq biz dəhliz vermişdik. Lakin bu dəhliz təbii ki, silah-sursat və qeyri-qanuni qoşun, eyni zamanda minaların daşınmasına xidmət etməməli idi. Onlar bir mənalı şəkildə sülhə xidmət etməli idi. Məhz bunu da, son hadisələri də nəzərə alaraq bu prosesdə Azərbaycan öz qərarını verdi. Onları narahat edən əsas məsələ odur ki, Azərbaycan müstəqil olaraq bu qərarı verir. Çünki region da nüfuz davası gedir. Ermənistanı vasitə kimi istifadə edərək, öz siyasətlərini həyata keçirməyə çalışırlar. Bu heç bir sülhün bərqərar olmasına ziyan gətirmir. Əksinə bu sülh üçün ciddi bir addımdır", - Nağıyev bildirib.
Aprelin 23-də Azərbaycan Laçın dəhlizində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi zonasında nəzarət-buraxılış məntəqəsi yaradıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox