Ermənistan Laçın sərhəd məntəqəsinə görə beynəlxalq məhkəməyə müraciət edib
Ermənistan Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi quraşdırması ilə bağlı Beynəlxalq Məhkəməyə iddia qaldırıb. Bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Hasmik Samvelyan bildirib.
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn brifinq zamanı bildirib ki, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması Zaqafqaziyada sülh prosesinə mane olur və ABŞ danışıqları davam etdirmək üçün İrəvan və Bakıya yardım etməyə hazırdır.
Onun sözlərinə görə, indi Birləşmiş Ştatlar tərəflər arasında danışıqları davam etdirmək istəyir və istənilən zorakılıq və təxribat xarakterli hərəkətlər sülh prosesini pozur.
www.anews.az
Samvelyanın sözlərinə görə, nəzarət-buraxılış məntəqəsi Akari çayının yaxınlığında quraşdırılıb, "bu, məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının pozulmasıdır”.
Millət vəkili Arzu Nağıyev hesab edir ki, Ermənistanın beynəlxalq məhkəməyə müraciəti vəziyyəti dəyişməyəcək.
"Ermənistan dəfələrlə istədiyi məhkəməyə müraciət edə bilər. Əsas məsələ odur ki, bura Azərbaycan ərazisidir və harada sərhəd məntəqəsi quruması da ölkənin daxili işidir. Ermənistan bu vəziyyətlə barışmağa məcburdur", - deputat söyləyib.
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn brifinq zamanı bildirib ki, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması Zaqafqaziyada sülh prosesinə mane olur və ABŞ danışıqları davam etdirmək üçün İrəvan və Bakıya yardım etməyə hazırdır.
Onun sözlərinə görə, indi Birləşmiş Ştatlar tərəflər arasında danışıqları davam etdirmək istəyir və istənilən zorakılıq və təxribat xarakterli hərəkətlər sülh prosesini pozur.
Aprelin 23-də Azərbaycan sərhəd xidməti Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi yaradıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox