• $
  • £

Hərbi xidmətə çağırışla bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib

Hərbi xidmətə çağırışla bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib
26.04.2023 17:54
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib. Bu barədə  Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın üzvləri olan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri iştirak ediblər.

İclasda Prezidentin "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılmış məsələlər müzakirə olunub.

Bildirilib ki, SHXÇDX tərəfindən Sərəncamın icrası müvəffəqiyyətlə davam etdirilir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi həyata keçirilir.

Komissiyanın iclasında qeyd olunan məsələlərlə yanaşı, Xidmət rəisi tərəfindən prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələr, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Eləcə də vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi, elektron xidmət imkanlarının genişləndirilməsi istiqamətində planlardan bəhs edilib.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmiş və vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması sahəsində qurumlararası fəaliyyətin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol