• $
  • £

Ceyhun Bayramov ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
26.04.2023 20:21

26 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da fəaliyyət göstərən "Xəzər Siyasət Mərkəzi”nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

XİN-dən bildirilib ki, görüşdə, Xəzər regionunda siyasi, iqtisadi, təhlükəsizlik vəziyyəti, bu sahələr üzrə tədqiqatların aparılması sahəsində əməkdaşlıq məsələləri və perspektivlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizin də bir hissəsi olduğu Xəzər dənizi regionu üzrə elmi-analitik tədqiqatların aparılmasının vacibliyindən bəhs edərək, Azərbaycanın beyin mərkəzləri ilə əməkdaşlıq məsələlərinə əhəmiyyət verdiyini bildirib. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri ilə sıx əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsinin Mərkəzin fəaliyyətinə töhfə verəcəyinə dair inam ifadə edilib.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh gündəliyinin irəli aparılması sahəsində fəaliyyət və mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Ermənistanın əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində öhdəliklərindən boyun qaçırmasının bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına, iki ölkə arasında münasibətlərin normallaşmasına təhdid törətdiyi diqqətə çatdırılıb. Laçın-Xankəndi yolunda yaradılmış sərhəd-keçid məntəqəsi qərarının mahiyyəti barədə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Siyasət 14:36
Üç ölkə Naxçıvana atılan dron zərbəsini pisləyib
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Siyasət 14:00
Nazir:İranın Azərbaycana dron hücumları regionda gərginliyin artmasına xidmət edir
Azərbaycan İrana drona atmasına görə etiraz edib
Siyasət 12:47
Azərbaycan İrana drona atmasına görə etiraz edib
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Siyasət 12:44
İranın atdığı dron nəticəsində 2 nəfər xəsarət alıb - XİN
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol