• $
  • £

Zelenski rus əsirliyindən azad edilənlərin sayını açıqlayıb

Zelenski rus əsirliyindən azad edilənlərin sayını açıqlayıb
27.04.2023 12:33
Ukraynanın 2279 vətəndaşı Rusiya əsirliyindən azad edilib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "dw”yə müsahibəsində bildirib.

BMT-nin məlumatına görə, 16 milyondan çox ukraynalı artıq evlərini tərk edib. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Baxmut və Marinka üçün şiddətli döyüşlər davam edir.
 
Eyni zamanda, rus qoşunlarının əsas səyləri Baxmut, Avdeyevski və Maryinski istiqamətlərində hücum əməliyyatlarının aparılmasına yönəlib.

Rusiya qüvvələri son 24 saat ərzində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinin mühüm infrastrukturuna 7 raket və 39 hava zərbəsi, həmçinin 61 dəfə reaktiv yaylım atəşi endirib.

Ukrayna aviasiyası rus qoşunlarının cəmləşdiyi ərazilərə 11 zərbə endirib.  
 
Baş Qərargahın məlumatına görə, altı Rusiya pilotsuz uçan aparatı məhv edilib.

Rusiya ordusu Ukrayna ilə müharibə zamanı 369 000 şəxsi heyət və 5 900-ə yaxın ağır silahdan istifadə edir. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbi Media Mərkəzi məlumat yayıb.
 
Bu gün Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin 428-ci günüdür.
 
Aytac


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol