• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

ABŞ şəxsən Putinə qarşı sanksiyalar tətbiq edə bilər

ABŞ şəxsən Putinə qarşı sanksiyalar tətbiq edə bilər
18.03.2014 13:08

Ağ Evin mətbuat katibi Cey Karni Rusiyanın Ukraynada böhranın aradan qaldırılmasına mane olacağı halda Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiqini istisna etmir. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə o, dünən keçirilən brifinqdə bəyan edib.

Putinin Krımın Rusiyaya birləşdirilməsində iştirakına görə ABŞ-ın barəsində sanksiyalar tətbiq edəcəyi şəxslərin siyahısına daxil edilməsinin mümkün olub-olmaması barədə suala cavab verərkən o deyib ki, Birləşmiş Ştatlar "hansısa şəxsi və ya fəaliyyəti istisna etmir".

ABŞ Prezidentinin nümayəndəsi bəyan edib: "Biz hadisələrin inkişafı üzrə addımların düzgünlüyünü qiymətləndirməyə hazırlaşırıq. Biz hansısa şəxsi və ya fəaliyyəti istisna etmirik. Qeyd etmək lazımdır ki, Rusiya Ukraynada vəziyyətin nizamlanması ilə bağlı öz mövqeyini dəyişməzsə, o, əlavə cəzaya məruz qalacaq.

Prezidentin bu gün xatırlatdığı kimi, yaxın günlərdə və həftələrdə nə baş verəcəyindən, Rusiyanın Ukrayna ilə bağlı atacağı addımlardan asılı olaraq daha geniş sanksiyalar tətbiq etmək imkanımız var. Biz Ukraynada yaranmış vəziyyətin diplomatik yollarla həll olunması üçün Rusiyaya təzyiq göstərməkdə davam edirik".

Xatırladaq ki, martın 16-da Krımın statusu haqqında referendum keçirilib. Son məlumatlara görə, seçicilərin demək olar ki, 96 faizi muxtar respublikanın Rusiyaya birləşdirilməsinin lehinə səs verib. Dünyanın bir çox ölkələri referendumun nəticələrinin tanınmamasına dair bəyanatlarla çıxış ediblər.

Krımın Rusiyaya birləşməsinə cavab olaraq ABŞ və Avropa İttifaqı bir sıra Rusiya və Ukrayna məmurları və hərbçiləri barəsində sanksiyaların tətbiqi edildiyini bəyan edib. Həmin şəxslərin Birləşmiş Ştatlara və Avropa İttifaqı ölkələrinə girişi qadağan ediləcək və onların xarici hesabları bloklanacaq.

Ukraynanın devrilmiş Prezidenti Viktor Yanukoviç, Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin, Krımın Baş naziri Sergey Aksyonov, Dövlət Dumasının deputatları Sergey Jelenyak, Leonid Slutski və Yelena Mizulina, Rusiyanın Qara dəniz donanmasının komandanı, vitse-admiral Aleksandr Vitko və başqalarının adları azı iki siyahıdan birinə düşüb.

Bu gün Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq bəyan edib ki, Aİ-nin "qara siyahı"sı genişləndirilə bilər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
Dünya 13:37
Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Dünya 11:58
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Dünya 09:28
Tramp Qrenlandiyaya hücum planının hazırlanmasına dair tapşırıq verib
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Dünya 09:14
Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Dünya 09:00
Fransada qar uçqunu nəticəsində üç xizəkçi ölüb
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Dünya 23:35
Hələbdə toqquşmalar zamanı ölənlərin sayı 23-ə çatıb
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Dünya 23:00
Gürcüstanda turistlər qar uçqunu altında qalıb
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Dünya 22:50
Pezeşkian ABŞ-ı İranda iğtişaşlara təhrik etməkdə ittiham edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol