• $
  • £

The Economist: Ərdoğanın qalib gələcəyini gözləyirik

The Economist: Ərdoğanın qalib gələcəyini gözləyirik
27.04.2023 15:55
İngiltərənin "The Economist” jurnalı Türkiyədə mayın 14-də keçiriləcək seçkilərin təhlilini dərc edib. Sözügedən təhlildə prezident Ərdoğanın qalib gələcəyi bildirilib. Təhlildə seçkilərdən sonra Türkiyəni nələrin gözlədiyi ilə bağlı proqnozlar da yer alıb.

Jurnalın kəşfiyyat və təhlil qrupunun hazırladığı 9 səhifəlik hesabatın ilk cümləsində prezident Ərdoğanın seçki gecəsi qalib gələcəyi bildirilib.

Təhlilin davamında prezident Ərdoğanın seçkilərdə HDP-ni dəstəkləyən Millətlər Alyansı kimi "müxtəlif ideologiyalara malik müxalifət koalisiyası” ilə rəqabət apardığı bildirilib. "Bu koalisiyaya baxmayaraq, Ərdoğanın hakimiyyətini qoruyub saxlayacağını düşünürük”, - təhlildə deyilir.

Nəşr yazır ki, Ərdoğan aşağı faizli kredit, pensiya yaşının və pensiyaların artırılması, ödənilməmiş vergilərin, cərimələrin və digər dövlət borclarının yenidən strukturlaşdırılmasını öz üzərinə götürüb.

Hesabatın sonunda Türkiyənin xarici siyasət mövqeyi təqdim olunub. Türkiyənin Rusiya ilə münasibətlərinin dərinləşdiyini qeyd edən Economist, Ərdoğanın Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu oynadığını xatırladıb.

Təhlilin davamında bildirilib ki, Ərdoğan seçkilərdə qalib gəlsə, İsveçin NATO-dakı statusu, Yunanıstanla münasibətləri və Türkiyənin Suriya ilə bağlı siyasəti dəyişməyəcək. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol