Akkuyu AES-in açılış mərasimi keçirilib - YENİLƏNİB + FOTO + CANLI YAYIM
Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi baş tutub.
Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin canlı bağlantı ilə qoşulublar.
Dövlət başçılarının çıxışından sonra AES-in təslimat sənədi Türkiyəyə təhvil verilib.
Bununla da, qardaş ölkə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb.
17:29
Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi başlayıb.
Mərasimdə Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq ekspert və qonaqlar da iştirak edirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin mərasimə canlı bağlantı ilə qoşulublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər