• $
  • £

ABŞ Sepah və FTX-yə qarşı sanksiyalar tətbiq edib

ABŞ Sepah və FTX-yə qarşı sanksiyalar tətbiq edib
27.04.2023 21:51
ABŞ Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) kəşfiyyatına qarşı "Amerika vətəndaşlarının qeyri-qanuni saxlanılmasına” görə sanksiyalar tətbiq edib.

Bu barədə Vaşinqton administrasiyasının yüksəkrütbəli nümayəndəsi hakimiyyətin bu qərarına həsr olunmuş jurnalistlər üçün xüsusi brifinqdə bildirib.

Administrasiya rəsmisinin sözlərinə görə, sanksiyaların birinci paketi ABŞ Prezidenti Cozef Baydenin "Rusiya və İranda amerikalıları əvvəllər və ya hazırda girov tutan və ya haqsız yerə saxlayan qurumlara” qarşı sərəncamı əsasında tətbiq edilir.

O bu "subyektlərin” Amerika vətəndaşlarından "siyasi rıçaq və ya ABŞ-dən güzəşt əldə etmək üçün” istifadə etməyə çalışdıqlarını vurğulayıb.
 
Belə ki, onun fikrincə, bu cür hərəkətlər beynəlxalq siyasi sistemin sabitliyi və bütövlüyünə, həmçinin xaricdəki amerikalıların təhlükəsizliyinə təhdid olub.

"Onlar (FTX və "Sepah”) ABŞ vətəndaşlarının xaricdə qanunsuz saxlanılmasına əmrlər vermək, nəzarət və ya başqa üsullarla rəhbərlik etdiyinə görə məsuliyyət daşıyırlar”, - administrasiya rəsmisi diqqətə çatdırıb.

Onun sözlərinə görə, FTX Rusiyada saxlanılan ABŞ vətəndaşlarının həbsi, istintaqı və saxlanmasında iştirak edib. Rəsmi qeyd edib ki, həmçinin "Sepah” da xaricdə amerikalıların "qanunsuz saxlanılmalarında” əlbir olub və buna əmr verilməsində məsuliyyət daşıyıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol