• $
  • £

Lentsov Bakıya niyə gəlir? - AÇIQLAMA

Lentsov Bakıya niyə gəlir? - AÇIQLAMA
01.05.2023 15:58
Ermənistan mətbuatı Qarabağda müvəqqəti yerləşən sülhməramlıların yeni komandiri Aleksandr Lentsovun iki gün sonra Bakıya gəlməsi barəsində yazır. 
 
"Yeni komandanın Ermənistanla sərhəddə qurulmuş nəzarət-buraxılış məntəqəsi ilə bağlı müzakirə aparacağı gözlənilir", - mətbuatda qeyd olunub. 
 
Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, Lentsov Bakıya Rusiyanın mövqelərini bərpa etmək üçün gəlir. 
 
"Azərbaycan özünün suveren ərazisində dəfələrlə sülhməramlıların iştirakı ilə yol verilmiş qanunsuzluqları ortadan qaldırıb və öz ərazisini özü bütövləşdirirsə, burada Lentsovun edə biləcəyi hansısa bir addım yoxdur.  Həmçinin Lentsov  buraya seperatçıların vəkili kimi gəlir. Yəni Laçın dəhlizində azərbaycanlılar olmasın, vizual təmas olmasın və pasportları yalnız ruslar həyata keçirsin. Təbii ki, bu növbətçi prosedurdur. Azərbaycan tərəfi Lentsovun ilk missiyasını uğursuzluqla başa vurması üçün hər cür şərait yaradacaq və belə də başa çatacaq. Düşünürəm ki, Lentsovunda aqibəti özündən qabaq Rusiya sülhməramlı qüvvənin komandanının taleyindən fərqlənməyəcək. Hər bir komandanın xidmət dönəmində Azərbaycan mütləq şəkildə uğur əldə edib", - şərhçi əlavə edib. 
 
Aprelin 27-də Rusiya sülhməramlılarının komandanı "separtçı rejimin prezidenti" Araik Artunyanla görüşüblər. Görüşdə Qarabağda baş verən son proseslər müzakirə olunub. 
 
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılması barədə məlumat yayıb.
 
Ermənistan Laçın dəhlizində sərhəd məntəqəsinin qurulmasına görə beynəlxalq məhkəməyə müraciət edib. Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığında bildirib ki, Bakı bu məntəqəni beynəlxalq qaydalara uyğun olaraq yaradıb. 

Eltac Nurulluzadə 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol