Ötən il Azərbaycanda doğulan uşaqların sayı açıqlanıb- RƏSMİ

2022-ci ildə Azərbaycanda 122846 körpə doğulub. Bu barədə Dövlət Statistika Komitəsi anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Bildirilir ki, doğulan uşaqlardan 64940 nəfəri oğlan, 57906 nəfəri isə qız uşaqlarıdır.
2022-ci il ərzində ölkədə 60 min 810 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 2021-ci illə müqayisədə 7,7-dən 6-a qədər azalıb. Ölənlərin 1925 nəfəri (3,2 faizi) 17 yaşadək, 6 min 387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15 min 815 nəfəri (26 faizi) 50-64 yaşda, 36 min 683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər