Bakı ilə Tehran arasında münasibətlər ən aşağı səviyyədədir - Əliyev
Azərbaycanla İran arasında münasibətlər ən aşağı səviyyədədir. Bunu çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərində "Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"İndi Azərbaycanla İran arasında münasibətlər ən aşağı səviyyədədir və onun bu səviyyədə qalacağını, aşağı düşəcəyini, yoxsa yüksələcəyini proqnozlaşdırmaq çox çətindir”, - dövlət başçısı bildirib.
www.anews.az
"İndi Azərbaycanla İran arasında münasibətlər ən aşağı səviyyədədir və onun bu səviyyədə qalacağını, aşağı düşəcəyini, yoxsa yüksələcəyini proqnozlaşdırmaq çox çətindir”, - dövlət başçısı bildirib.
O, İran rəsmilərinə telefon zəngləri və münasibətlərin normallaşdırılması üçün təkliflər aldığını bildirib.
"Amma, şübhəsiz ki, bizim tələblərimiz tamamilə qanuni və haqlıdır. İranın bütün dairələri nəhayət, bunu başa düşməlidirlər" Azərbaycanla təhdid və terror dili işləmir, onlar bunu nə qədər tez başa düşsələr, normallaşmanın əlamətlərini bir o qədər tez görə bilərik”, - Əliyev vurğulayıb.
Onun sözlərinə görə, bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum "Azərbaycan diplomatlarını və onların ailə üzvlərini öldürmək məqsədi ilə qəsdən təşkil edilmiş terror aktıdır”.
"İndi Tehrandakı səfirliyimiz bağlıdır və bu mənim qərarım idi, çünki mənim üçün xalqımızın təhlükəsizliyi və həyatı onların İranda təsəvvür edə bildiklərindən daha vacibdir", - o əlavə edib.
Bakı ilə Tehran arasında münasibətlər bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.
Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
Gülnar
www.anews.az