Yaponiya, ABŞ VƏ Cənubi Koreya Xirosimada üçtərəfli sammit keçirəcək
Yaponiya, ABŞ VƏ Cənubi Koreya liderləri 19-21 mayda Xirosimada G-7 sammiti çərçivəsində üçtərəfli danışıqlar aparacaq.
Bu barədə bu gün Yaponiya Baş naziri Fumio Kisida Cənubi Koreya Prezidenti Yun Sok Yolyemlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Fumio Kisida deyib ki, Yaponiya və Cənubi Koreya həm ikitərəfli, həm də ABŞ-ın iştirakı ilə üçtərəfli səviyyədə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər