• $
  • £

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək - GÖZLƏNTİLƏR

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək  -  GÖZLƏNTİLƏR
08.05.2023 12:30
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə Avropa İttifaqı  (Aİ) Şurasının sədri Şarl Mişelin köməyi ilə danışıqlar aparacaqlar. Bu barədə "Financial Times" yazıb.
 
Adının açıqlanmasını istəməyən diplomatlardan birinin  "Financial Times"-a verdiyi  məlumata görə, Brüsseldəki görüş zamanı mühüm irəliləyiş gözlənilir,  Aİ və ABŞ-ın səyləri bir-birini tamamlayır.

Amma siyasi ekspert Əziz Əlibəyli görüşün nəticələrinə bir o qədər nikbin yanaşmır. Onun sözlərinə görə,  bu görüşlərdə Fransa prezidenti Emmanuel Makron vasitəçi kimi çıxış edəcək və onun olduğu görüşdən müsbət nəticə əldə etmək ehtimalı çox zəifdir. 
 
"Təbii ki, təşəbbüs qərbin əlindədir. Məncə Nikol Paşiniyan və  İlham Əliyev arasındakı görüşdə problem yarada biləcək hansısa fundamental bir səbəblər yoxdur. Əgər məsələyə ərazisində terroçularn olduğu "Qarabağ məsələsi” üzərindən baxsaq Azərbaycan bu problemi  daxili məsələsi kimi antiterror əməliyyatı ilə də həll edə bilər. Əlbəttə ki, Ermənistanın 10 noyabrda üzərinə götürdüyü öhdəliklər var. Onlar öz həllini tapmalıdır. İkincisi, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Makron burada vasitəçi kimi çıxış edəcək. Burada Makron amili böyükdür və Makronun olduğu görüşlərdə nəticə əldə etmək  ehtimalı çox zəifdir. Çünki onun birmənalı şəkildə Ermənistanı dəstəkləməsi, Azərbaycan əleyhinə açıq mövqe sərgiləməsi Makronun mövqeyini daha əvvəl də ortaya qoyub. Amma buna baxmayaraq az da olsa gözləntilər var. Çünki əldə nəticələr var. Azərbaycan demək olar ki, demarkasiya prosesini bitirib. Sərhəd bölgəsi tamamlanmaq üzrədir. Artıq sülh üçün vacib olan şərtlərin bir çoxu ödənilib. Tərəflər yekun sülh sazişinin ilkin mətni üzərində razılığa gələ bilərlər. Belə bir ehtimal da var. Amma Ermənistan və Rusiyanın birlikdə təxribata əl atması prosesi də var və bunu nəzərdən qaçırmaq olmaz”, - ekspert bildirib.
 
Politoloq İlyas Hüseynovun sözlərinə görə, Şarl Mişelin təşəbbüsü ilə keçirilən bu görüş Azərbaycan və Ermənistan üçün çox səmərəli olacaq.
 
"Ümumiyyətlə biz görürük ki, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin əldə olunması istiqamətində qərb ciddi səy göstərir. Avropa Prezidenti Şarl Mişelin təşəbbüsü ilə növbəti görüşün keçirilməsi Azərbaycan və Ermənistan üçün çox səmərəli olacaq. Bu görüş Avropa Siyasi Birliyinin növbəti zirvə görüşünə bir hazırlıqdır və məsləhətləşmə xarakteri daşıyır. Böyük ehtimalla Moldovanın paytaxtında keçirilən sammitdə ən azından sülh müqaviləsinin ilkin variantının imzalanması gözlənilir. Məncə, Ermənistan konstruktivlik nümayiş etdirməli və eyni zamanda ələ düşən bu tarixi fürsətdən istifadə etməlidir”, - politoloq bildirib.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını ancaq üçtərəfli sazişlər əsasında ola bilcəyini açıqlayıb. 
 
Paşinyan isə bu həftə Moskvaya səfər edəcəyini və Vladimir Putinlə görüşəcəyini bildirib. 

Öz növbəsində, İlham Əliyev mayın sonlarında Moskvada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçiriləcəyini deyib. 

Həmçinin Əliyev çərşənbə günü açıqlamasında bildirib ki, Vaşinqton görüşü zamanı konkret nəticələr əldə edilməsə də irəliləyişlər ola bilər. 
 
Eltac Nurullazadə


www.anews.az
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol