• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Son 1 ildə Azərbaycan qazını alan ölkələrin sayı 10-a çatacaq - Əliyev

Son 1 ildə Azərbaycan qazını alan ölkələrin sayı 10-a çatacaq - Əliyev
10.05.2023 15:55
Azərbaycan qazını alan ölkələrin sayıson bir ildə 6-dan 10-a kimi arta bilər. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib. 

"Bu gün Azərbaycan qazının dünya üçün nə qədər önəmli olduğunu hər kəs görür. Ölkəmizin geosiyasi əhəmiyyəti xeyli artıb. Hazırda Azərbaycan qazı 6 ölkəyə (Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, bu ildən isə Rumıniyaya)  ixrac edilir. . Əgər hər şey plan üzrə getsə, bir il ərzindəbu ölkələrin sayı 10-a çatacaq”, - Əliyev çərşənbə günü xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın qaz alıcılarının coğrafiyası genişlənəcək.
 
"Bu, bizə həm gəlir gətirir, həm də siyasi çəkimizi artırır, siyasi təsir imkanlarımızı genişləndirir”, - prezident əlavə edib.

Bundan əvvəl Azərbaycan prezidenti bəyan edib ki, Azərbaycan 2023-cü ilin sonunda Macarıstan və Slovakiyaya qaz nəqlinə başlamağı planlaşdırır. Bundan əlavə, Serbiya 2024-cü ilin əvvəlində Azərbaycandan qaz tədarükünə ümid etdiyini bildirib.

2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya ixracı isə 11,4 milyard kubmetrə (+39%) çatdırıb. 

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol