Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək.
Bu sözləri mədəniyyət naziri Adil Kərimli "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində deyib.
O qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb: "TÜRKSOY, Azərbaycanın müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur”.
www.anews.az