Türkiyədə səslərin 90% hesablanıb, Ərdoğan irəlidədir
Türkiyədə keçirilən prezident və parlament seçkilərində bülletenlərin 91,93 faizi emal edilib. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,49% səslə liderdir. Bunu Ali Seçki Komissiyasının (MSK) sədri Əhməd Yener deyib.
Onun sözlərinə görə, yerli vaxtla saat 02:25-ə (Bakı vaxtı ilə 03:25) olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,49%, Kamal Kılıçdaroğlu 44,79%, Sinan Oğan 5,29%, Məhərrəm İncə isə 0,43% səs toplayıb.
Türkiyədə prezident və parlament seçkiləri çərçivəsində səsvermə saat 17:00-da (Bakı vaxtı ilə 18:00) başa çatıb.
Ölkə ərazisində 191 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib. Ümumilikdə proses çərçivəsində 64 milyon 113 min 941 seçici qeydə alınıb, onlardan 60 milyon 697 min 843 nəfəri bu gün ölkə üzrə səsvermədə iştirak etməyi planlaşdırırdı. Bir neçə gün əvvəl xaricdə yaşayan 3 milyon 416 min 98 seçici səs verib.
Üç siyasətçi prezidentlik uğrunda mübarizə aparır - hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və koalisiya namizədi Ata İttifakı (Atatürk Koalisiyası). Dördüncü namizəd, Vətən Partiyasının sədri Məhərrəm İncə seçkilərə üç gün qalmış prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
Prezident seçkiləri ilə eyni vaxtda 600 yerlik Böyük Millət Məclisinə 87 seçki dairəsində seçkilər keçirilib. Parlament mandatları uğrunda mübarizədə 36 partiya iştirak edir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər