• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

G7 liderləri Rusiyaya ixracı məhdudlaşdırmaq niyyətindədirlər

G7 liderləri Rusiyaya ixracı məhdudlaşdırmaq niyyətindədirlər
15.05.2023 14:36
G7 liderləri bu həftə Yaponiyada keçiriləcək sammitdə Moskvaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədirlər. Yeni tədbirlər həm də Rusiya silahlı qüvvələrinin istifadə edə biləcəyi malların Rusiyaya ixracını məhdudlaşdıracaq. Bu barədə "Reuters” agentliyi məlumat yayıb. 

Məlumata görə, qarşıdan gələn sammitdə elan edilməsi planlaşdırılan tədbirlər Rusiya silahlı qüvvələrinə dəstək verən dövriyyənin azaldılmasına yönəlib.
 
Söhbət hansı maldan getdiyini qurum dəqiqləşdirmir.
 
Bundan əlavə, G7-nin tədbirləri "üçüncü ölkələrin iştirakı ilə sanksiyalardan yayınmanın” qarşısının alınmasına, həmçinin "Rusiyada gələcək enerji istehsalına xələl gətirilməsinin” qarşısını almağa yönəldiləcək.

ABŞ administrasiyası G7 müttəfiqlərini Rusiyaya istənilən malın "qara siyahıda dəqiq qeyd edilməməsi” şərti ilə satışına icazə verən sanksiyalara hazırkı yanaşmadan imtina etməyə sövq edib.

Agentliyin fikrincə, yanaşmanın dəyişməsi "Moskva üçün sanksiyalar rejimində boşluqların tapılmasını çətinləşdirə bilər”.

2023-cü ildə "Böyük Yeddilik”ə sədrlik Yaponiyaya keçib. G7-yə ABŞ, Yaponiya, Kanada, Fransa, Almaniya, İtaliya və Böyük Britaniya daxildir. Qeyd olunan ölkələrin liderlərinin sammiti mayın 19-21-də Xirosimada baş tutacaq.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Cəmiyyət 11:27
Nazirdən yeni tədris ili ilə bağlı- Əmr
Abşeronda boya zavodunda yanğın
Cəmiyyət 11:11
Abşeronda boya zavodunda yanğın
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Cəmiyyət 10:50
Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Cəmiyyət 10:39
Kəlbəcərdə yaşayış kompleksində476 mənzilin inşası planlaşdırılıb
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 10:31
Laçına indiyədək köçürülən şəxslərin sayı açıqlanıb
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb
Cəmiyyət 10:06
Ağdamın Xıdırlı kəndinə 68 ailə köçürülüb

Yol polisi piyadalara çağırış edib
Cəmiyyət 09:55
Yol polisi piyadalara çağırış edib


İlin altı ayında 28 nəfər professor adı qazanıb
Cəmiyyət 09:34
İlin altı ayında 28 nəfər professor adı qazanıb
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol