"YAŞAT" Fondu əməliyyat xərclərimi ödəmir - Qarabağ qazisindən AÇIQLAMA
İsmayıl Hüseynov İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə hər iki gözünü itirib. O bildirir ki, bununla bağlı "Yaşat Fondu”na müraciət etməsinə baxmayaraq ona kömək edilməyib. Bu səbəbdən Hüseynov İnstagram hesabında yardım xahiş ilə paylaşım edib, vətəndaşlardan ona maddi dəstək olmalarını istəyib.
Hüseynovun sözlərinə görə, hal-hazırda onun vəziyyəti pisdir və tezliklə əməliyyat olunmasa vəziyyəti daha da ağırlaşa bilər.
www.anews.az
Hüseynovun sözlərinə görə, hal-hazırda onun vəziyyəti pisdir və tezliklə əməliyyat olunmasa vəziyyəti daha da ağırlaşa bilər.
"Mən İkinci Qarabağ müharibəsində Cəbrayıl və Qubadlıda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlı rayonunda döyüş zamanı baş verən partlayış nəticəsində hər iki gözümü itirdim. Həmçinin almacıq sümüklərim sınıb və protez qoyulub. Həkim deyir ki, tezliklə əməliyyat olunmalıyam. Əməliyyat üçün 23 min manat pul lazımdır. Mən dəfələrlə "Yaşat" Fonduna müaciət etmişəm amma mənə kömək edilməyib. Bircə onu döyləyirlər ki, sizə yardım olunacaq”, - qazi Anews.az-a müsahibəsində bildirib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyilənləri təkzib edərək vətəndaşa hər cür kömək olunduğunu bildirib.
"Müharibə əlili İsmayıl Hüseynov 2021-ci il 6 mart tarixində "YAŞAT” Fondu tərəfindən İsrail dövlətindən dəvət olunan hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış həkim heyəti tərəfindən hər iki göz anoftalm, alt qapağın çatışmazlığı və hər iki gözün rekonstruksiyası əməliyyat olunmuş və protez göz taxılıb. 2021-ci il mayın 18-də həkim rəyinə əsasən Türkiyə Respublikasına göndərilib, "Başakşehir Çam ve Sakura City” xəstəxanasında müayinə olunub. Müalicə həkimi tərəfindən həmin tarixdə cərrahi müdaxilə uyğun görülməyib. Yaralı 2021-ci il mayın 28-də həkim rəyi əsasında ölkəyə geri dönüb. Ölkə xaricində müayinə xərci 3 289.14 AZN təşkil edib. 2021-ci ilin iyulunda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim müayinəsindən keçib. Müharibə əlili Hüseynovun 2021-ci ilin 6 oktyabr tarixində məişət şəraitinin yaxşılaşdırılması istiqamətində daxil olan müraciəti əsasında 7 000 AZN vəsait onun hesabına köçürülüb. 2022-ci ilin avqustunda ‘’Liv Bonadea International Hospital”da 50 AZN təşkil edən həkim müayinəsi xərci Fond tərəfindən qarşılanıb. Tibb müəsissəsi tərəfindən verilən məlumata əsasən həkim tərəfindən "Ektropion və skar toxuması yaniga seconder alt göz qapaqlarinda” cərrahi müdaxiləsi uyğun görülsə də, vətəndaş 90% nəticənin olacağı təqdirdə əməliyyata razı olduğunu bildirib və tibb müəssisəsinə yaxınlaşmayıb", - Niftəliyev bildirib.
"Yaşat" Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi məqsədilə yaradılb. Fondun subyekti hesab edilən şəxslər tibb istiqaməti üzrə İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olmayan və Səhiyyə Nazirliyi tərəfindən ödənişsiz təmin edilməyən xidmətlərlə bağlı fonda müraciət edə bilərlər.
Niftəliyevin sözlərinə görə, İsmayıl Hüseynov "YAŞAT” Fonduna gözündə protez olduğu üçün göz qapaqlarından əməliyyat olunması barədə sonuncu müraciəti əsasında 2023-cü il mayın 11-də fond tərəfindən İTS üzrə Dövlət Agentliyinə yönləndirilib.
"2023-cü il mayın 12-də Hüseynov İTS üzrə Dövlət Agentliyi tərəfindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müayinə üçün yönləndirilib. Müvafiq tibb müəssisəsi tərəfindən hər hansı xərc tələb olunması ilə bağlı müraciət daxil olmayıb", - Niftəliyev bildirib.
İsmayıl Hüseynov da Elnur Niftalıyevin dediklərini təsdiq edir. İndi onun istədiyi Azərbaycanda deyil xarici ölkədə əməliyyat olunmaq istəməsidir. Bunun üçün isə fond tərəfindən vəsait aurılmır.
"Yaşat" fondu 8 dekabr 2020-ci ildə yaradılıb. Fondu yaratmaqda məqsəd əlillik dərəcəsi alan Qarabağ savaşı içtirakçılarına maddi yardmın ayrılmasın təmin etməkdir. İsmayıl Hüseynov da onlardan biridir.
Eltac Nurullazadə
Eltac Nurullazadə