ABŞ Türkiyədə prezident seçkilərinin istənilən qalibi ilə işləməyə hazırdır
ABŞ hakimiyyəti Türkiyədə ümumi seçkilərin dinc şəraitdə keçirildiyinə inanır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Onun sözlərinə görə, kimin Türkiyə prezidenti olacağı hələ bəlli deyil, lakin Amerika lideri Co Bayden istənilən siyasətçi ilə əməkdaşlığa hazırdır.
"Türk xalqını sülh yolu ilə iradəsini ifadə etməsi münasibətilə təbrik edirik. Bayden qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir. Yenə də, bu hələ aydın deyil”, - Ağ ev rəsmisi deyib.
O, həmçinin əlavə edib ki, ABŞ respublikadakı vəziyyətə nəzarət edəcək.
Bir müddət əvvəl Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirmişdi.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər