Aİ Türkiyədəki prezident seçkilərinin təşkilini alqışlayıb
Avropa İttifaqı (Aİ) mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərinin şəffaf keçirilməsini və səsvermə zamanı yüksək fəallığı demokratiyanın bariz nümunəsi kimi qiymətləndirir. Bu, Aİ-nin Türkiyədəki prezident seçkiləri ilə bəyanatında öz əksini tapıb.
Qurum seçkilərin təşkilini alqışlayır: "Aİ seçkilərin şəffaf və etibarlı şəkildə keçirilməsinə böyük əhəmiyyət verir. Aİ yeni parlamentin öz funksiyalarını yerinə yetirməsini səbirsizliklə gözləyir”.
Mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər