• $
  • £

İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia edən şəxsə cinayət işi açılıb

İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia edən şəxsə cinayət işi açılıb
16.05.2023 21:00
İranda nazirlərin deputatlara rüşvət verdiyini iddia etmiş millət vəkili Əhməd Əlirzabeygi barəsində ittiham irəli sürülüb.

 "Mehr” xəbər agentliyi xəbər verir ki, məlumatı İranın Ədliyyə Nazirliyi yayıb.

Bildirilib ki, Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi "əsassız iddialar”da ittiham edilir.
İran parlamenti İntizam komissiyasının prokurorluğa təqdim etdiyi hesabatına görə, Əhməd Əlirzabeyginin qaldırdığı iddia ilə bağlı heç bir sənəd, sübut olmadığı müəyyənləşib.

Buna əsasən, deputat Tehran prokurorluğuna çağırılıb, işi isə yoxlanılmaq və araşdırılmaq üçün istintaq idarəsinə təqdim olunub. Son araşdırmalara əsasən, Əhməd Əlirzabeygiyə qarşı cinayət işi açılıb.

Əhməd Əlirzabeygi bir müddət əvvəl nazirlər parlamentin etimadsızlıq göstərməməsi üçün deputatlara rüşvət olaraq bahalı hədiyyə və avtomobillər verdiyini bildirmişdi. O iddia etmişdi ki, İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əmin etimadsızlıq göstərilməməsi üçün deputatlara 75 ədəd bahalı avtomobil təqdim edib. Əhməd Əlirzabeygi bu məsələlərlə bağlı parlament üzvlərinə başqa güzəştlər də edildiyini də demişdi. Deputat parlamentin rəyasət heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib. O, nazirin istefasının ictimai tələb olduğunu da qeyd etmişdi. Yeri gəlmişkən avtomobil rüşvəti ilə bağlı qalmaqaldan sonra nazir vəzifəsindən azad olunan Rza Fatimi Əminə İran Prezidenti İbrahim Rəisi yeni vəzifə verərək, istehsal planlarının icrasına nəzarət üzrə prezidentin müşaviri təyin edib.

 Əhməd Əlirzabeygi İran parlamentində saxtakarlıqlar və sosial problemlərlə bağlı çıxış edən azsaylı deputatlardandır. Bir müddət əvvəl o, Bildirmişdi ki, Təbrizin ətrafını ayırıb rayona, şəhərə çevirmək təklif olunanda bununla hökumət və parlamentdəkilər tez razılaşırlar: "Bu bizə, təbrizlilərə xidmət göstərmək üçün edilmir. Bu addım Təbrizin inkişafına mane olmaq, onun ərazisini daha kiçiltmək üçün atılır”.

 Tehran rejimi Azərbaycan ərazisini kiçiltmək, şəhərləri balacalaşdırmaq kimi pəhləvilərdən qalma ənənəni davam etdirir. İndiyədək Güney Azərbaycan ərazilərindən kəsərək yeni əyalətlər yaradıblar. İran hakimiyyəti uzun illərdir Güney Azərbaycanın Təbriz şəhərinin ərazisini kiçiltməyə çalışır. O, Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi məbləğdə maliyyə vəsaitinin ayırlmadığını da çıxışlarında vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol