• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

Şəxsi məlumatları icazəsiz yayan şəxsləri hansı cəza gözləyir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Şəxsi məlumatları icazəsiz yayan şəxsləri hansı cəza  gözləyir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ
17.05.2023 16:27
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququnu ehtiva edir. Bu maddəyə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz. Həmçinin video və foto çəklişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
 
Texnologiya inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır. Bu gün sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlər də az deyil. Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qanunsuz halların baş verməsinə gətirib çıxarır. Bunun isə fəsadları bir çox hallarda ağır olur.
  
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, şəkli icazəsiz paylaşılan vətəndaş məhkəməyə müraciət edərək mənəvi təzminat tələb edə bilər.
 
"Əgər şəxsin şəkli ictimai yerdə və ya hər-hansı bir tədbirdə çəkilərək paylaşılıbsa, bu problem doğurmur. Amma şəkil fərdi olaraq çəkilibsə və yaxud şəxsin icazəsi olmadan onun səhifəsindən götürülüb paylaşılıbsa, bu konstitutsiyanın 32-ci maddəsinə ziddir və həmin şəxsə qarşı mülkü qaydada tələb irəli sürülə bilər. Əgər şəxs başqasının şəklini ifşa etmək məqsədi ilə paylaşırsa, buna görə birbaşa məsuliyyət daşıyır. Amma hər hansı bir səhifədə yerləşdirilmiş şəkli götürüb paylaşmağa görə vətəndaşı heç bir cəza gözləmir Şəkli icazəsiz paylaşılan vətəndaşlar məhkəməyə müraciət edərək mənəvi təzminat tələb edə bilərlər. Dəymiş mənəvi ziyana görə ödənilən təzminat məbləğinin miqdarı 100-200 manat civarında təşkil edir”, - hüquqşünas bildirib.
 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin yayılması, habelə satılması, başqasına verilməsi, qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə, 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Bəzən KİV-lər insanların telefon danışıqlarını, yazışmalarını yayır. Bu qanun pozuntuları xarici ölkələrdə olduğu kimi Azərbaycanda da qanunla tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 155-ci maddəsində göstərilir ki, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
 
Eltac Nurullazadə
 
 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir
Cəmiyyət 21:06
Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi davam edir
Bakı-Quba yolunda qəza olub, ölənlər var
Cəmiyyət 19:30
Bakı-Quba yolunda qəza olub, ölənlər var
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 16:33
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda yük və minik avtomobilləri toqquşub
Cəmiyyət 15:24
Lənkəranda yük və minik avtomobilləri toqquşub
Leysan yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Leysan yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib
Cəmiyyət 12:10
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib
Bakıda sursat aşkar edilib - Video
Cəmiyyət 11:53
Bakıda sursat aşkar edilib - Video
Bakıda külək güclənib - FAKTİKİ HAVA
Cəmiyyət 10:48
Bakıda külək güclənib - FAKTİKİ HAVA
Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Cəmiyyət 09:35
Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol