Sudanda şiddətli döyüşlər davam edir
Sudanda iki hərbi qüvvə arasında toqquşmalar 32 gündür davam edir.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə ölkənin xüsusi təyinatlı qüvvələri arasında silahlı toqquşma başlayıb.
www.anews.az
Sudan ordusu səhər saatlarında xüsusi təyinatlı qüvvələrin paytaxt Xartum, Bəhri və Umdurmandakı məntəqələrini raketlərlə vurub.
Havadan bombardmanlardan sonra sözügedən şəhərlərdə şiddətli toqquşmalar baş verib.
Xartumun cənub və şərqindəki bəzi məhəllələrdə də atəş səsləri eşidilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər