Polşa bütün MiQ-29 qırıcılarını Ukraynaya bağışlayıb
Polşa ölkədə mövcud olan bütün MiQ-29 qırıcılarını Ukraynaya verib. Bu barədə Polşa prezidenti Anjey Duda bildirib.
Prezidentin sözlərinə görə, onlar hələ Kiyevə F-16 təyyarələrini verməyə hazır deyillər.
"Bizdə olan F-16 təyyarələrinin sayı bu gün onların hər hansı bir hissəsinin Ukraynaya təhvil verilməsindən danışmağa imkan vermir".
Mayın 16-da Polşa Prezidenti Andjey Duda Ukraynanın yaxın günlərdə Polşadan ilk partiyada dörd ədəd MiQ-29 qırıcısını alacağını bəyan edib.
Polşa Silahlı Qüvvələrinin 28 ədəd MİQ-29 qırıcısı var və onlar Malbork şəhərindəki aviabazada yerləşdirilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər