BƏƏ dünyada kibertəhlükəsizlik üzrə ilk təlimat kitabçasını dərc edib
2022-ci ildə BƏƏ kibertəhlükəsizlik üzrə ilk təlimat kitabçasını dərc edib.
Bu barədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin kibertəhlükəsizlik şöbəsinin rəhbəri Məhəmməd Əl Küveyti Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda konfransda videomüraciətində deyib.
"Təlimat kitabçası effektiv tətbiq olunmağa başlayan kimi telekommunikasiya texnologiyaları sahəsinin əsası olaraq qəbul ediləcək. Mart ayında OIC-CERT və milli mobil operatorla birlikdə kibertəhlükəsizlik üzrə təlimat kitabçasının adaptasiyası üzrə ilk seminarı təşkil etdik. BƏƏ-nin kibertəhlükəsizlik sahəsində qlobal liderlik üzrə ambisiyalarını dəstəkləmək məqsədilə BƏƏ Təhlükəsizlik Şurası hamının kiberinsidentlərin öhdəsindən gəlməsinə imkan verəcək müvafiq ekosistem təşkil edib", - o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər