• $ 1.7
  • € 1.978
  • ₽ 0.021002
  • ₺ 0.0405
  • £ 2.2767

AXCP üzvünün növbəti məhkəmə prosesi keçirilib

AXCP üzvünün növbəti məhkəmə prosesi keçirilib
18.05.2023 15:27
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Zamin Salayevin növbəti məhkəmə prosesi keçirilib. Bu barədə onun vəkili  məlumat verib.

O bildirib ki, Salayev həbsinə etiraz olaraq keçirdiyi aclıq aksiyasının 100-cü günündə taqətsiz olaraq hakim qarşısına çıxarılıb.
 
Zamin Salayevin sözlərinə görə, proses başlayana qədər onu gözlətdikləri otaq soyuq və şəraitsiz olub. 

"Özüm yeriyə bilmirəm deyə, orada məni əlil arabasında gəzdirirlər. Bu mənə çox ağır gəlir. Nə qərar verirsiniz verin, rahat buraxın məni. Mənim barəmdə hökmü Allah verib”,- Salayev bildirib.

Vəkillərin Zamin Salayevin ev dustaqlığına buraxılması üçün məhkəməyə verdiyi vəsatəti prosesə sədrlik edən hakim Rufan Mürsəlov təmin etməyib.

Məhkəmə prosesi 18 may tarixində çıxışlarla davam edəcək.

Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
 
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin ev dustaqlığına buraxılması üçün verilmiş vəsatəti təmin etməyib.
 
Ombudsman Aparatının əməkdaşları indiyədək iki dəfə təcridxanada Zamin Salayevlə görüşüb.

Ombudsman Aparatı görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya fəalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb 
 
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Daha əvvəl Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan edib.

Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib.
 
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Aytac Zeynalova 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevir sakini kanalda batıb, axtarışlar aparılır
Cəmiyyət 19:19
Mingəçevir sakini kanalda batıb, axtarışlar aparılır
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
Cəmiyyət 19:10
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysrləri təyin edilib
Cəmiyyət 19:00
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysrləri təyin edilib
Bakı metrosunda ölüm hadisəsi baş verib
Cəmiyyət 18:49
Bakı metrosunda ölüm hadisəsi baş verib
DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib
Cəmiyyət 18:30
DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib
Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq
Cəmiyyət 18:26
Sabah Sumqayıtın bəzi hissələrində qaz olmayacaq
Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb
Cəmiyyət 18:07
Azərbaycanda 169 qadın taksi sürmək üçün şəhadətnamə alıb
Gümrüdə etiraz aksiyasında iştiraka görə 37 nəfər saxlanılıb
Cəmiyyət 17:04
Gümrüdə etiraz aksiyasında iştiraka görə 37 nəfər saxlanılıb
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib
Cəmiyyət 16:41
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol