Britaniya və Yaponiya strateji tərəfdaşlıq sazişi imzalayıb
Yaponiya Baş naziri Fumio Kisida və onun britaniyalı həmkarı Rişi Sunak Xirosimada keçirilən Yeddilik Qrupunun (G7) sammiti öncəsi danışıqlar zamanı iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Sənədin mətnini Yaponiya Xarici İşlər Nazirliyi yayıb.
Xirosima sazişi müdafiə, ticarət, elmi və texnoloji əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi birgə təlimlərin intensivləşdirilməsini əhatə edir və bildirilib ki, indi bu təlimlərdə Britaniya hərbçilərinin sayı iki dəfə çox olacaq. Ölkələr həmçinin kosmosda və kiberməkanda fəaliyyət məsələsi üzrə təcrübə mübadiləsini intensivləşdirəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər