• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməllərindən danışıb

Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməllərindən danışıb
19.05.2023 11:44

 

Müğənni Dəniz Əsədova üzləşdiyi dələduzluq əməllərinin təfərrüatları haqqında danışıb.
 
O, anews.az-a açıqlamasında bildirib ki, dələduzluğa məruz qaldığı halda onun özünü məsuliyyətə cəlb ediblər. 
 
Onun sözlərinə görə, baş verən hadisələrin kökündə vətəndaşlara saxta pensiya düzəltmək məsələsi dayanır. 
 
"Məsələdə əsas təqsirkarlar Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi işləmiş Rauf İsfəndiyarov, 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Şahin Verdiyev və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadır.  Rauf İsfəndoyarovla Şahin Verdiyevi bu sahədə çalışarkən tanımışam. Sonradan Rauf İsfəndiyarov məni Mehparə Kazımova ilə tanış edib.  Bu şəxslər ayrı-ayrı vətəndaşları pensiya düzəltmək üçün pullarını alıb. Pullar Rauf İsfəndiyarova, Şahin Verdiyevə və Mehparə Kazımoyava verilib. Onlar tanışlarımın əlillik dərəcələrini guya qanuni yolla həll edəcəklərini desələr də, saxta sənədlər düzəldiblər", - müğənni deyib.
 
O, bildirir ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra pensiya təminatı ilə bağlı araşdırmalara başlanıb və xeyli sayda vətəndaşın əlillik dərəcəsi ləğv edilərək pensiyası kəsilib. Bundan sonra isə həmin vətəndaşlar şikayətçi olublar.
 
"Mən bu işdə adım hallanmasın deyə xeyli sayda vətəndaşın pulunu qaytarmışam. Bunun üçün əmlaklarımı satmışam. Amma buna baxmayaraq, yenə də bu işdə əsas fiqur kimi mənim addım hallanır, mühakimə edilir və cəzalandırılıram. İşin başında dayananlar, həmin pulları mənimsəyənlər barədə isə heç bir tədbir görülmür”, Əsədova vurğulayıb. 
 
 
Müğənni daha sonra konkret faktlara keçib. O, əlillik dərəcəsi ilə bağlı çoxsaylı sənədlər təqdim edib. Onun iddasına görə, bu sənədlər Mehparə Kazımova tərəfindən düzəldilib. 
  
"Mən bütün sənədləri sizə təqdim edirəm. Bu sənədlərin hamısı saxtadır. Xəstə olamayan vətəndaşlara müxtəlif xəstəliklər yazılıb və onlara pensiya düzəldilib. Yaxşı başa düşdüm, bu işdə vasitəçi olmuşam deyə məni də ittiham edirlər. Bəs o zaman işin başında dayanan, saxta sənədləri düzəldən, pulları mənimsəyən Rauf İsfəndiyarov, Şahin Verdiyev və Mehparə Kazımova niyə məsuliyyətə cəlb olunmur? Axı pullar bu adamlara verilib. Əlimdə bütün bunları təsdiq edən sübutlar var. Sizə təqdim etdiyim bu sənədləri istintaqa da təqdim etmişdim. Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciətimdə də bu faktlar əks olunub. Amma nəticə yoxdur”, - o bildirib.


 
Mart ayında Dəniz Əsədovanın şikayəti əsasında Rauf İsfəndiyarov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib. May ayında isə barəsində həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.
Dəniz Əsədova bu fakta diqqət çəkərək bildirib ki, baş verənlər "pensiya əməliyyatı” ilə bağlı cinayət işinin ört-basdır edilməsinə hesablanıb. 
 
"Mən başa düşə bilmirəm nə baş verir? Axı necə ola bilər ki, mənim ittiham olunduğum cinayətdə əsas fiqurant olan bu şəxs barəsində bir ay sonra həbs qərarı dəyişir?! Digərləri barədə isə ümumiyyətlə heç bir tədbir görülmür? Bu cinayəti ört-basdır etmək deyil bəs nədir?! Təsəvvür edin, Rauf İsfəndiyarovla Şahin Verdiyev öz adamlarına saxta əlillik dərəcəsi verib. Bununla bağlı əlimdə sübutlar var. Amma araşdırılmır.”, - müğənni əlavə edib.
 
O, həmçinin, bu işə görə sürücüsü Samirin də günahsız yerə həbs olunaraq məhkum edildiyini bildirir.
 
"Sürücüm Samir də 2020-ci ildə günahsız yerə, əslində Mehparə Kazımovanın törtdiyi əməllərə görə həbs edilib. Mehparə Kazımova öz adamları ilə əlaqəyə girərək guya saxta əlillik dərəcələrinin sürücüm tərəfindən verilməsi planını hazırlayıb. Mehparə Kazımovanı məsuliyyətdən kənarda saxlamaq üçün sürücümü aldadaraq ona cinayət işinə xitam veriləciyi bildirilib. Amma cinayət işinin məhkəmə istintaqı Xəzər və Kəlbəcər rayon məhkəmələrində keçirilib. Samir 2 il şərti cəza alıb. Hazırda sürücüm də şikayətçidir, onun hüquqlarını Mehparə Kazımova və bəzi məmurlar pozublar. Bununla bağlı əlimizdə kifayət qədər sübutlar var. Samirin heç bir təqsiri yoxdur. Elə bir fon yaradıblar ki, guya bütün bunların arxasında mən dayanmışam. Bütün şiakyətçilərə də mənim adımı verirlər. Deyirlər gedin pulunuzu ondan alın. Biz külli miqdarda pullar ödəmişik. Bu adamlar iddia edir ki, guya baş verənlərdə təqsirləri yoxdur. Yaxşı, əgər heç bir günahları yoxdursa, niyə mənə 150 min manat veriblər? Bu, mən əsl həqiqəti ictimailəşdirəndən sonra baş verib. 150 min verdilər qalanını isə ödəməkdən imtina etdilər. Bu fakt da işin arxasında məhz onların dayandığını sübut edir. Mehparə Kazımova öz işçiləri vasitəsi ilə də belə əməllər törədib. Konkret olaraq onun işçilərindən Əfsanə Məmmədovanın adını çəkə bilərəm. Mən heç nəyi sübutsuz danışmıram. Əlimdə ciddi sübutlar var. Hətta kimə pul verilibsə, səs yazıları və videogörüntüləri var”, - Əsədova bildirib.
 
Dəniz Əsədova ölkə rəhbərliyinə müraciət edərək bu məsələni diqqətdə saxlamasını xahiş edib.
 
"Mənə təzyiq edilir, istəyirlər ki, danışmayım, susum. Amma susmaq fikrində deyiləm. Mən bu adamların məsuliyyətə cəlb olunmasını, onlara verilən pulları geri qaytarmalarını tələb edirəm. Bu cinayətin ört-basdır edilməsinə imkan verməyəcəm. Cənab Prezidentdən bu məsələni diqqətdə saxlamasını xahiş edirəm. Burada milyonlarla manat puldan söhbət gedir. Hüquq-mühafizə orqanlarına da müraciətlərim davam edəcək”, - müğənni vurğulayıb.
 
Müğənni sonda 16 aprel 2022-ci ildə evində baş verən oğurluq hadisəsindən danışıb. Onun sözlərinə görə, hadisəni törədən Mirzəzadə Minayə Nadir qızı adlı şəxsdir.

"Mirzəzadə Minayə mənim evimdə qulluqçu işləyib. O, mənim evimdən 21 min manat dəyərində qızıl, geyim oğurlayıb. Onun oğurluqla bağlı aufido-video formasında etirafları var. Etiraf edib ki, hadisəni ehtiyac üzündən törədib. Həmin sübutlar əlimdədir. Amma bununla bağlı heç bir tədbir görülmür. Nə cinayət işi başlanıb, nə də ümumiyyətlə araşdırılma aparılmır”, - o əlavə edib.
 
Artıq Mehparə Kazımova Dəniz Əəsədova barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Şikayətə mayın 22-də hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Dəniz Əsədova bu məsələ barədə zaman-zaman açıqlamalar yayıb. Lakin işin detallarına toxunmayıb.
 
Eltac Nurullazadə
 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Oğuzun iki kəndində qaz kəsiləcək
Cəmiyyət 11:00
Oğuzun iki kəndində qaz kəsiləcək
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Cəmiyyət 09:49
Sabirabadda 19 yaşlı oğlan Kür çayında boğulub
Bu gün Aşuradır
Cəmiyyət 08:56
Bu gün Aşuradır
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 20:52
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Cəmiyyət 19:52
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb-Yenilənib
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
Cəmiyyət 18:39
Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Cəmiyyət 17:52
32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
Taxıl biçini yekunlaşıb
Cəmiyyət 17:42
Taxıl biçini yekunlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol