• $
  • £

Türkiyə Prezidenti xaricdə yaşayan vətəndaşlarına müraciət edib

Türkiyə Prezidenti xaricdə yaşayan vətəndaşlarına müraciət edib
19.05.2023 14:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə seçkilərin ilk turunu uğurla başa vurduğunu bildirib. Bu barədə o tvitter hesabında yazıb.
 
O xaricdə yaşayan vətəndaşlarına müraciət edərək, bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifələrini icra etdiklərini vurğulayıb.
 
"Mənə və "Cümhur İttifaqına" hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız. Buna görə sizə səmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram",- Ərdoğan bildirib.
 
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 20,21 və 22-sində Türkiyə prezident seçkiləri üçün səs verə biləcək. 
 
Türkiyədə mayın 28-də prezident seçkilərin ikinci turu keçirləcək. 
 
Mayın 14-də keçirilən səsvermə nəticələrə görə Rəcəb Təyyub Ərdoğan 49,51 faizlə öndə olub. Onun rəqibi Kamal Kılıçdaroğlu isə 44,89 faizlə ikinci yerdə , "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Dünya 00:05
ABŞ vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edib
Ərdoğan İrana xəbərdarlıq edib
Dünya 21:58
Ərdoğan İrana xəbərdarlıq edib
İraqda elektrik enerjisi kəsilib
Dünya 21:24
İraqda elektrik enerjisi kəsilib
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
Dünya 21:00
Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
Dünya 19:53
İran yenidən NATO-nun “Viktoriya” bazasına hücum edib
İran səfiri Türkiyə XİN-ə çağırılıb
Dünya 19:33
İran səfiri Türkiyə XİN-ə çağırılıb
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Dünya 18:56
İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb
Dünya 17:14
Qətərdə fövqəladə vəziyyət elan edilib, qaz hasilatı tam dayandırılıb

İranda ölənlərin sayı açıqlanıb
Dünya 17:02
İranda ölənlərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol