• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Ermənistanın sürətlə silahlanması regionda yeni təhlükə yaradır - Əliyev

Ermənistanın sürətlə silahlanması regionda yeni təhlükə yaradır - Əliyev
19.05.2023 15:41
Ermənistanın yüz milyonlarla dollar dəyərində silah alması region üçün yeni təhlükələr yaradır. Bu barədə cümə günü Azərbaycan lideri Hindistanın Bakıdakı yeni səfiri Şridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev bu gün Ermənistanda revanşist qüvvələrin başını qaldırdığını, Azərbaycana qarşı ərazi iddialarının davam etdiyini vurğulayıb. O qeyd edib ki, Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır.

"Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh istəyirsə, o zaman niyə yüz milyonlarla dollar dəyərində silah alır? Belə siyasət region üçün yeni təhlükələrə gətirib çıxaracaq”, - prezident söyləyib. 
 
Millət vəkili Zahid Oruc hesab edir ki, Ermənistan qərəzli şəkildə Hindistanı Azərbaycanın üzərinə qaldırır.
 
"Hindistanın son illər Azərbaycanla münasibətlərində soyuqluq müşahidə edilir. Əsas faktor isə Pakistandır. Pakistanın regionda aktivliyi xüsusilə Azərbaycana dəyər verməsi, iqtisadi-siyasi əlaqələr ,eləcə də Pakistanın hərbi elitasının ölkəmizə fəal səfərləri, prezidentlərin gəlişi Hindistanın elitasının nəzərində Ermənistanı üzərimizdə qaldırmaq kimi qərara gətirib çıxarıb. Bizim Hindistanla toqquşacaq heç bir maraqlarımız yoxdur. 2 ilə yaxındır Ermənistanın hərbi rəhbərləri tam bir şəkildə Hindistana səfərlər ediblər. Oradan aldıqları silahları ictimai nümayəişə çıxarırlar. Hərbi piyar aparırlar", - Zahid Oruc söyləyib.
 

Deputat deyir ki, Ermənistan aldıqları silahları məqsədyönlü şəkildə yayır.
 
"Ölkə rəhbəri bu məsələdə açıq mesaj verir ki, əgər Ermənistan sülhə hazırlaşırsa bu silahları nə üçün alır. Yox o özü üçün bir zaman seçmək istəyirsə, Azərbaycan buna yol verməyəcək. Biz Rusiya-Ukrayna müharibəsindəki kimi bir siyasət yürütmürük. Amma prezidentin bundan əvvəlki görüşlərində deyib ki, qələbədən sonra qat-qat güclənmişik. Yeni silahlar, yeni texnologiyalar alınıb. Hava hücumlarımızı təkmiləşdirmişik.Hindistanın Ermənistanı silahlandırması Fransanın da yer alması deməyə əsas verir ki, burada müştərək bir antiAzərbaycan strategiyası həyata keçirilir. Fransadan baxanda Qafqaz çox kiçik görünür. Nədir marağı. İran,Rusiya və Türkiyə faktoru. Ona görə də gəlib Göyçə dağlarına çıxıblar. Bir gün Gümrü hərbibazasının yaxınlığında Fransanın da hərbi bazası yerləşə bilər. Amma Hindistan silahları ilə. Sülh sənədi yalnız müqavilədən ibarət deyil ki... Eyni zamanda regionun silahsızlaşdırılması siyasəti üzərində olmalıyıq", - siyasətçi vurğulayıb. 
 
2022-ci ilin sentyabrında The Economic Times Hindistanın Ermənistana 20 milyard rupi (244,7 milyon dollar) dəyərində silah və sursat göndərəcəyini bildirmişdi.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol