• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Bakıda müəllim uşağa Azərbaycan bayrağını zibil qabına atdırıb - SƏBƏB

Bakıda müəllim uşağa Azərbaycan bayrağını zibil qabına atdırıb - SƏBƏB
22.05.2023 16:30
Bakı məktəblərinin birində rus bölməsi üzrə şagirdlərin qəbulu zamanı müəllim 6 yaşlı uşağa müraciət edərək Azərbaycan Respublikasının bayrağını zibil qabına atmağı təklif edib. Şagird buna etiraz etmədən bayrağı zibil qabına atıb. Bu məqam dövlət rəmzlərinə hörmətsizlik kimi əsas götürülüb  və şagirdin məktəbə qəbul edilməyib. Bu barədə adının və hadisənin baş verdiyi məktəbin  nömrəsinin anonim saxlanmasını istəyən uşağın valideyni məlumat verib. 

Amma təhsil eksperti Kamran Əsədov bildirir ki, 6 yaşlı uşağın belə testdən keçirilməsi düzgün deyil.  
 
"Bu üsullar şagirdlərin yaş xüsusiyyətinə uyğun olmalıdır. Hesab edirəm ki, azyaşlı uşaqların dünyagörüşü, riyazi və dil bilikləri onların yaşına uyğun olaraq yoxlanıla bilər. Qeyd edilən şəkildə şagird biliyinin yoxlanılması ondan xəbər verir ki, bunu həyata keçirən qurumun şagird nailiyətinin qiymətləndirilməsi meyarlarından xəbəri yoxdur”, –  Əsədov bildirib.

Psixoloq Fərqanə Mehmanqızı isə bu testi keçirən məktəbin Azərbaycann dövlət rəmzinə hörmətsizlik etməsi qənaətindədir. 

"Bu məsələni araşdırmaq lazımdır. Bayrağımız dövlət atributudur. Əgər həqiqətən bu hadisə baş veribsə, bu, dövlətimizə qarşı ilk olaraq təhsil işçisinin etdiyi hörmətsizlikdir. Düşünürəm ki, həmin şəxs məsuliyyətə cəlb edilməlidir. Azyaşlı şagirdi bu şəkildə yoxlamaq doğru addım deyil. Bilik və bacarığı yoxlamaq üçün müxtəlif üsullar mövcuddur, onlardan istifadə oluna bilər”, –  psixoloq qeyd edib.

Mayın 11-dən etibarən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Ayişə Zahid 
                                                                                                     
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol