• $
  • £

"Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb

22.05.2023 18:28
Texnoloji tərəqqinin formalaşdırdığı qlobal informasiya mühitində məlumatın etibarlılığının müəyyənləşdirilməsi, tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, həmçinin ölkə üzrə sağlam media ekosisteminin formalaşdırılması və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə hədəf qruplara istiqamətlənmiş maarifləndirmə tədbirlərinin təşkili mühüm əhəmiyyət kəsb edir.


Bununla əlaqədar olaraq, 22 may tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün "Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb.


Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin və təhsil işçilərinin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.


İki gün davam edəcək təlim proqramı çərçivəsində "The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin "Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd təhsil və media, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı, tənqidi dəyərləndirmə, təhlil aparma qabiliyyəti, yeni media mühitindəki tendensiyalar və digər mövzularla bağlı öz təcrübələrini bölüşəcəklər. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Cəmiyyət 18:16
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Cəmiyyət 16:36
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Cəmiyyət 14:44
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Cəmiyyət 13:49
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Cəmiyyət 13:26
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Cəmiyyət 13:10
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol