• $ 1.7
  • € 2.0132
  • ₽ 0.022246
  • ₺ 0.0389
  • £ 2.3042

Sabiq icra başçısının vəzifəli qardaşını söyən şəxs həbs edildi

Sabiq icra başçısının vəzifəli qardaşını söyən şəxs həbs edildi
23.05.2023 11:45
Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin rəisini söyən şəxs həbs edilib. Bu barədə Qaynarinfo məlumat yayıb. 

1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Rauf (şərti) həyat yoldaşı barəsində verilmiş axtarış işi ilə əlaqədar olaraq həmin şöbəyə yaxınlaşıb. İcra məmuru Xatir Məmmədov ondan 200 manat pul istədiyi üçün bu barədə Ədliyyə Nazirliyinə şikayət verib. Bu səbəbdən onu Xətai İcra Şöbəsinə istiqamətləndiriblər. 

O, şöbəyə gedərək rəis və əməkdaşların ünvanına nalayiq ifadələr işlətdiyinə görə polis tərəfindən saxlanılıb. Rauf İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirləndirilərək, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Rauf məhkəmə ifadəsində şöbə rəisinin onu təhqir etdiyini iddia edib. O deyib ki, icra məmuru Xatir Məmmədov barəsində şikayət versə də, hadisə baş verərkən özü orada olmayıb. Özü bu barədə 102 xidmətinə müraciət edib. 

İcra məmuru Xatir Məmmədov məhkəmə ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs həyat yoldaşının barəsində əssasız axtarış verilməsini əsas gətirərək, onun və şöbənin digər əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib. Şəxsin onun barəsində 200 manat pul istəməsi ilə bağlı iddiası isə şər-böhtandır.

Məhkəmənin qərarı ilə Rauf İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Xətai rayon İcra və probasiya şöbəsinin rəisi Vüqar Qasımovdur. O, Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovun qardaşıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:37
Bəzi ərazilərdə işıq olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:28
Sabah bu ərazilərdə qaz olmayacaq
Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi
Cəmiyyət 22:13
Beyləqanda kolluq sahədə başlayan yanğın meşə zolağına keçdi
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb
Cəmiyyət 21:22
Yevlax-Bərdə avtomobil yolunun kənarında yanğın başlayıb
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:30
Ramazanın ikinci gününün duası - İmsak və iftar vaxtı
Yardımlıda güclü külək məktəb binasının damını uçurub - Video
Cəmiyyət 19:59
Yardımlıda güclü külək məktəb binasının damını uçurub - Video
Qonşunun evindən 11 500 manat oğurlayan şəxs saxlanılıb - Video
Cəmiyyət 18:52
Qonşunun evindən 11 500 manat oğurlayan şəxs saxlanılıb - Video
Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
Cəmiyyət 18:42
Üzərliklə bağlı daha bir - Xəbərdarlıq
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 18:16
Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol