• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Şəkidə 24 şagird və 3 müəllim zəhərlənib - YENİLƏNİB

Şəkidə 24 şagird və 3 müəllim zəhərlənib - YENİLƏNİB
23.05.2023 15:53

Şəkinin Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Prokurorluğun açıqlamasında qeyd olunub. 

"Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Hazırda araşdırma davam etdirilir", - açıqlamada bildirilib. 
 
14:55
Şəkinin Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəllimi zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib. 
 
"Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq", açıqlamada qeyd olunub. 

Müraciət edən şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir. 
 
Şəki Regional TƏhsil İdarəsindən reporta bildirilib ki, ilkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub.
 
"Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir", - idarədən bildirilib. 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Cəmiyyət 16:09
ABB-dən metro istifadəçilərinə xüsusi fürsət!
Yaşar Nurinin qızı vəfat edib
Cəmiyyət 14:00
Yaşar Nurinin qızı vəfat edib
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 13:06
Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Bakıda yaşayış binasında yanğın - Video
Cəmiyyət 21:53
Bakıda yaşayış binasında yanğın - Video
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
Cəmiyyət 21:41
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Cəmiyyət 19:51
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol