• $ 1.7
  • € 1.9841
  • ₽ 0.020928
  • ₺ 0.0405
  • £ 2.2837

Bank Respublika Visa ilə birgə yeni “Mobil POS” xidmətini təqdim etdi!

Bank Respublika Visa ilə birgə yeni “Mobil POS” xidmətini təqdim etdi!
24.05.2023 11:46
Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına böyük önəm verən Bank Respublika, Visa şirkəti və birgə Visa Tap to Phone texnologiyası əsasında çalışan yeni "Mobil POS” xidmətini təqdim etdi.

Visa Tap to Phone – kontaktsız ödənişləri qəbul etmək üçün Android bazasında işləyən və NFC çipləri ilə təhciz olunan müasir smartfonları və planşetləri ödəniş terminalına çevirən texnologiyadır.

İndi istənilən biznes sahibi rəqəmsal iqtisadiyyata qoşula biləcək – bunun üçün sadəcə tapXphone əlavəsini yükləmək kifayətdir. Günümüzdə daha çox alıcının təmassız ödənişlərə və istənilən məkanda ödəniş etmə imkanına üstünlük verdiyini nəzərə alsaq, Tap to Phone texnologiyası əsasında olan "Mobil POS” innovativ həlli mikro və kiçik biznes üçün yeni, daha geniş imkanlar açır.

Bunun üçün əlavə avadanlığa heç bir xərc çəkmədən smartfonda müvafiq tətbiqi yükləyərək qeydiyyatdan keçmək və istifadəçiyə dair məlumatları qeyd etmək kifayətdir. Tətbiq üzərindən tam təhlükəsiz qaydada həm fiziki bank kartı ilə, həm də ki, Apple və Google Pay ilə müxtəlif növ təmassız  ödənişləri qəbul etmək mümkün olacaq. 

 "Bank Respublika”nın "Mobil POS” xidmətinə ilk 3 ay ərzində qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər.

"Mobil POS” xidmətinin digər üstünlükləri:
Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur

Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POS-terminal xidməti ilə eynidir

Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QR-kod ilə oxunması imkanı

Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı

Tam təhlükəsizdir – tətbiq, ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir


Xidmətə qoşulmaq üçün bankın rəsmi web saytında müraciət yerləşdirmək, Bankın istənilən filialına müraciət etmək və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əlaqə saxlamaq kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb
İqtisadiyyat 14:56
Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb
ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!
İqtisadiyyat 14:28
ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlanır!
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
İqtisadiyyat 11:19
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:00
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycana avtomobil idxalı artıb
İqtisadiyyat 10:38
Azərbaycana avtomobil idxalı artıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 35.4 milyard dolları keçib
İqtisadiyyat 10:18
Azərbaycanın xarici ticarət dövriyyəsi 35.4 milyard dolları keçib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:10
Qızıl və gümüş ucuzlaşıb
EBRD Azərbaycandakı əməliyyat aktivlərini artırıb
İqtisadiyyat 09:42
EBRD Azərbaycandakı əməliyyat aktivlərini artırıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol