• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Bakıda narkotikə görə tutulan şəxsə hökm oxunub

Bakıda narkotikə görə tutulan şəxsə hökm oxunub
24.05.2023 20:00
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elnur Babayevə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, ötən ilin aprelində Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Maştağa qəsəbəsi sakini Elnur Babayevdən 244 qram marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Pirşağı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan əlavə 7 kiloqram 20 qram marixuana, həyətindəki istixanadan isə kultivasiya yolu ilə yetişdirdiyi 8853 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı Elnur Babayevin narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyi və xüsusi quluq etdiyi müəyyən edilib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Cəmiyyət 13:46
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:40
Sabahın hava proqnozu
Sabunçuda 4 obyekti olan tikili yanıb
Cəmiyyət 21:38
Sabunçuda 4 obyekti olan tikili yanıb
Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir, atəşfəşanlıq olacaq
Cəmiyyət 20:57
Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir, atəşfəşanlıq olacaq
Azadlıq meydanında keçirilən Zəfər paradından yeni görüntülər
Cəmiyyət 19:51
Azadlıq meydanında keçirilən Zəfər paradından yeni görüntülər
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Cəmiyyət 18:45
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Bakıdakı hərbi paraddan maraqlı görüntülər - Video
Cəmiyyət 18:29
Bakıdakı hərbi paraddan maraqlı görüntülər - Video
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Cəmiyyət 15:14
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 13:58
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol