• $
  • £

Qoşulmama Hərəkatına üzv dövlətlərin İKT nazirləri Birgə Bəyannamə qəbul edib

Qoşulmama Hərəkatına üzv dövlətlərin İKT nazirləri Birgə Bəyannamə qəbul edib
25.05.2023 18:59
Bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirləri Birgə Bəyannamə qəbul edib.

Sənəd "Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi çərçivəsində İKT infrastrukturunun inkişafı” mövzusuna həsr olunan virtual görüş zamanı qəbul edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüş Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və İKT infrastrukturunun inkişafında təcrübə mübadiləsinə nail olmaq məqsədi daşıyıb. İKT sektorundakı ən son inkişaf və yeniliklər paylaşılıb, səmərəli təcrübələr müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanda İKT infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Nazir bildirib ki, "Artan tələbatı nəzərə alaraq biz GPON texnologiyasının tətbiqi ilə ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edirik. Bu gün Azərbaycanda ev təsərrüfatlarının 39 %-nin (1 milyondan çox ev) fiber-optik genişzolaqlı internetə çıxışı var və 2024-cü ilin sonuna kimi bütün ev təsərrüfatlarının yüksək keyfiyyətli genişzolaqlı internetə çıxışla təmin olunması planlaşdırılır”, - nazir bildirib.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin müavini Tomas Lamanauskas, habelə Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazir və nazir müavinləri çıxış edərək İKT sahəsi qarşısında duran çağırışlardan bəhs edib. Həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər və yeniliklərlə bağlı öz təcrübələrini bölüşüblər.

Görüş çərçivəsində İKT sektorunun sürətli inkişafına və Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının vacibliyinə diqqət çəkilib. Vurğulanıb ki, İKT infrastrukturunun möhkəmləndirilməsi və inkişafı DİM-in müvəffəqiyyətlə həyata keçirilməsi üçün əhəmiyyətli rol oynayır.

Tədbir zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadə də çıxış edib və təşkilatın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol