• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Bayramov ABŞ-ın kilsə təmsilçisi ilə görüşüb

Bayramov ABŞ-ın kilsə təmsilçisi ilə görüşüb
26.05.2023 13:41
Azərbaycan xarici işlər nazirinin müavini Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-ın Yuta ştatında yerləşən "İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Devid Bednarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı nazir çoxmillətli və multikonfessional ölkə olaraq Azərbaycanın bütün dinlərə etiqad edənlərin sülh və əmin-amanlıq içərisində yaşadığı ölkə olduğunu və hazırda Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qlobal mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidentinin müəllifliyi ilə "Bakı prosesi” təşəbbüsü də daxil olmaqla bir sıra qlobal əhəmiyyətli təşəbbüslərin irəli sürüldüyü, BMT-nin Sivilzasiyalararası Alyansının Qlobal Forumu da daxil olmaqla Azərbaycanın bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi bildirilib.

Müxtəlif xalqların mədəni və dini irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycanın nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu ölkələrdən biri olduğu, belə bir şəraitdə xristian həmvətənlərimizin öz adət-ənənələrini, dini inanclarını, mədəniyyətlərini sərbəst şəkildə yaşadaraq ölkəmizin sosial-mədəni həyatının bütün sahələrində fəal iştirak etdikləri müqabil tərəfin diqqətinə çatdırılıb.

Bayramov eyni zamanda 30 illik dövrdə ərazilərimizin Ermənistan tərəfindən işğalı və etnik təmizləmə fəaliyyəti, eləcə də post-münaqişə dövründə ölkəmizin sülh və sabitliyin təmin edilməsi, bərpa və quruculuq işləri barədə məlumat verib. Ermənistan tərəfindən prosesə törədilən maneçilik cəhdləri və davam edən mina təhdidləri vurğulanıb.

Devid Bednar Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri və dinlərarası dialoqa töhfə verən mühüm təşəbbüsləri barədə məlumatlı olduğunu və beynəlxalq müstəvidə dini, irqi və etnik zəmində ayrı-seçkiliyin xüsusilə kəskin miqyas aldığı hazırkı dövrdə Azərbaycan cəmiyyətinin sahib olduğu dəyərlərin olduqca əhəmiyyətli olduğunu bildirib. O, kilsənin müxtəlif proqramları çərçivəsində ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Tərəflər görüş zamanı eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Siyasət 21:00
Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Siyasət 19:39
Vüsal Nəsirli AAYDA İdarə Heyətinin sədri təyin edilib - Yenilənib
Azərbaycan Rusiyaya nota verib
Siyasət 18:25
Azərbaycan Rusiyaya nota verib
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Siyasət 18:14
Prezidentdən bu milli parklarla bağlı - Fərman
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Siyasət 10:11
Milli Məclisin 10 fevral iclasında 12 qanun layihəsi müzakirəyə çıxarılır
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Siyasət 18:00
Prezidentin sosial media səhifələrində BƏƏ-yə işgüzar səfərindən video paylaşılıb
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Siyasət 17:14
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Siyasət 15:56
Separatçı rejiminin 14 başçısına hökm oxunub/Yenilənib
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Siyasət 15:33
Araik Harutyunyan hökmdən narazıdır - ÖZƏL
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol