• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb
26.05.2023 19:17
26 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev arasında görüş keçirilib.

XİN-dən  verilən xəbərə görə, görüş zamanı Azərbaycanın BMT çərçivəsində fəaliyyətindən məmnunluq ifadə edilib, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüsləri, o cümlədən sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı yüksək qiymətləndirilib.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda, Azərbaycanın donor ölkə qismində yaxından əməkdaşlıq etdiyini bildirib. Tərəflər, həmçinin post‐münaqişə dövründə bölgədə son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsinə, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Azərbaycan Respublikası tərəfindən bir çox ölkələrə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb.

Nazir daha sonra, qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi məsələsini diqqətə çatdırıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev qısa müddətdə ölkəmizdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edib. BMT nümayəndəsi ölkəmizi "Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda mühüm beynəlxalq humanitar konfransın keçirilməsinə görə təbriklərini çatdırıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi  aparıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Siyasət 13:27
Azərbaycan və Türkiyə XİN rəhbərləri telefon danışığı aparıb
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
Siyasət 11:44
Prezident İlham Əliyev Davosda “Euronews”a müsahibə verib
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Siyasət 10:47
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verib
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
Siyasət 10:37
Nazir: İranda yaşayan Azərbaycan vətəndaşları ilə bağlı ciddi problem yoxdur
20 Yanvar hadisələrindən 36 il ötür
Siyasət 09:06
20 Yanvar hadisələrindən 36 il ötür
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Siyasət 08:51
Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Siyasət 22:30
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol