• $
  • £

Şuşadakı aksiyanın bəzi iştirakçıları PA-nın qarşısında etiraz ediblər - Video

Şuşadakı aksiyanın bəzi iştirakçıları PA-nın qarşısında etiraz ediblər - Video
27.05.2023 11:00
Bir qrup ictimai fəal, QHT təmsilçisi Prezident Administrasiyasının qarşısında etiraz aksiyasl keçirib. Bu barədə  "Reaksiya TV" məlumat paylaşıb.
 
Bildirilib ki, etiraz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri ilə bağlı olub.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım" QHT-nin sədri Radə Abbas deyir ki, onlar PA-nın qarşısına pula görə gəlməyiblər.

"15 min manatlıq kiçik bir qrant layihəsi vermişik. İndi hardansa ağıllı adamlar çıxıb deyir ki, layihələr bəsitdir. Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq hansı çox dəyərli layihəni ortaya qoydunuz, hansı yenilik yaratdınız? Bəlkə biri harasa gəzməyə gedir, bəlkə hansısa tədbir keçirir, onu dövlətin ayırdığı pulla eləsin, mənim layihəmin puluna heç kim toxuna bilməz. Məsələ pulda deyil. Məsələ QHT-lərə olunan hörmətsizliklərdən gedir. Dövlətin pulu konkret olaraq havaya gedir. Dövlətlə mənim arama inciklik salmaq istəyən insanların məqsədi nədir?", - o bildirib.

Etiraz edənlərin arasında Şuşada keçirilən aksiyalarda iştirak edənlər də var. Onlar da qrantlarının kəsildiyini bildirirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

AL Marketlərdə avtomobil qazandıran lotereya!
Cəmiyyət 17:06
AL Marketlərdə avtomobil qazandıran lotereya!
Bunların satışı qadağandır! -AQTA-dan sahibkarlara xəbərdarlıq
Cəmiyyət 16:20
Bunların satışı qadağandır! -AQTA-dan sahibkarlara xəbərdarlıq

Sabah bəzi yerlərdə yağış və dağlıq ərazilərdə qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:13
Sabah bəzi yerlərdə yağış və dağlıq ərazilərdə qar yağacaq -XƏBƏRDARLIQ
Bu yolda sürət həddi müvəqqəti endirilib
Cəmiyyət 15:33
Bu yolda sürət həddi müvəqqəti endirilib
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Cəmiyyət 15:29
Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ hesabatını tənqid edib
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
Cəmiyyət 13:57
Azərbaycanda 3 minə yaxın ailənin beşdən çox uşağı var
İraq hava məkanını açıb
Cəmiyyət 13:32
İraq hava məkanını açıb

52 mindən çox şagird buraxılış imtahanı verəcək
Cəmiyyət 13:22
52 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 13:19
Azərbaycanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol