• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Metro ticarəti məsələsi Milli Məclis müzakirəsində

Metro ticarəti məsələsi Milli Məclis müzakirəsində
14.03.2014 13:02
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Bakı Metropolitenində ticarət obyektlərinin yığışdırılması ilə bağlı yaranan narazılıq barədə məsələ qaldırılıb.APA-nın məlumatına görə, deputat Fazil Mustafa hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, metrodakı anti-sanitar vəziyyət, adamların gediş-gəlişində problem yaranması həqiqətən narahatedicidir. O qeyd edib ki, metronun giriş-çıxışı açıq olmalıdır: “Amma nəzərə almalıyıq ki, Azərbaycanda istənilən sahibkar heç bir nöqtəni də pulsuz əldə etmir. Qeyri-qanuni yollarla oranı əldə edir və maliyyə sərf edir. Günün birində onların əlindən hər şey alınır və həyatı məhv edilir. Çünki onun əlində heç bir hüquqi sənəd yoxdur. Hamının obyekti var. Amma heç kim mülkiyyət sahibi deyil. Belə obyektlərə təkcə metroda yox, digər ticarət mərkəzlərində də rast gəlinir. Dövlət bununla bağlı ciddi tədbirlər görməli, vətəndaşın bu problemini həll etməyə çalışmalıdır”. Deputat başqa bir təkliflə də çıxış edib: “Bu gün Ukrayna ilə müqayisədə görürük ki, kifayət qədər xərc çəkilməsinə baxmayaraq, ordu heç bir iş görə bilmir. Çünki biz post-sovet ölkələrinin qarşısında duran elə bir gücdür ki, nə qədər bahalı silah alsaq da, ona heç nə edə bilməyəcəyik. Bu yaxınlarda Gürcüstanın keçmiş prezidenti Saakaşvilinin maraqlı bir etirafı oldu. O dedi ki, kaş mən orduya çəkdiyim o xərcdən kəsib heç olmasa 100 gürcü gənci Avropaya artıq oxumağa göndərərdim. Bu daha sərfəli olardı. Mən də hesab edirəm ki, Azərbaycan da reallıqla hesablaşıb buna fikir verməlidir”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ağdərədə mina hadisəsi baş verib
Cəmiyyət 14:41
Ağdərədə mina hadisəsi baş verib
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol