Rusiya Zəngəzurda konsulluq açacaq
Rusiya Ermənistanın Sünik vilayətində (tarixi Zəngəzur ərazisi – red.) konsulluq açacaq.Bu barədə Moskvada erməni-rus ekspertlərinin dəyirmi masasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov məlumat verib.
"Mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşü zamanı Ermənistan tərəfi Rusiya tərəfinin Sünikdə konsulluğun açılmasına razılıq verib”, - o deyib.
Rusiyalı diplomatın sözlərinə görə, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurlarından keçmək deyil, sadələşdirilmiş yolla getmək qərara alınıb.
Paltovun sözlərinə görə, Sünik bölgəsinə "yerində işləmək üçün adamların” göndərilməsi barədə qərar qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox