• $
  • £

Kreml Rusiyanın müharibədəki hədəflərinin dəyişmədiyini açıqlayıb

Kreml Rusiyanın müharibədəki hədəflərinin dəyişmədiyini açıqlayıb
28.05.2023 15:48

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın "xüsusi hərbi əməliyyat”dakı məqsədlərinin dəyişmədiyini açıqlayıb.

Bu barədə Kremlin nümayəndəsi "Moskva. Kreml. Putin” proqramına müsahibəsində danışıb.

"Münaqişənin öz məqsədi var. Bizim prezident tərəfindən açıqlanan məqsədlərimiz var. Onlar dəyişməyiblər. Bu məqsədlərə nail olunmalıdır”, - o, Moskvanın müharibəni aparmağa gücü və resurslarının olub-olmaması ilə bağlı suala cavabında deyib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlamazdan öncə və dərhal sonra Rusiya rəhbərliyi bir çox fərqli siyasi məqsədləri açıqlayıb.
 
Onlar qeyri-müəyyən və hətta ziddiyyətli olublar. Belə ki, "xüsusi hərbi əməliyyat” adı ilə başladılan genişmiqyaslı işğalın elan edilmiş ilkin məqsədi olan "demilitarizasiya və denasifikasiya” (tərk-silah və nasizm ünsürlərindən arındırma) sonrakı "Donbas əhalisinin qorunması” məqsədindən əhəmiyyətli dərəcədə fərqlənir. "Ukrayna rəhbərliyini məsuliyyətə cəlb etmək” üçüncü siyasi məqsəddir.
 
Həmçinin "ABŞ və NATO-nun təsirinin zəifləməsi”, "Dnestryanıya dəhliz”in kəsilməsi və s. də səsləndirilib. Putinin nöqteyi-nəzəri Rusiyanın qalib gəlməsi və qlobal gücə çevrilməsidir, lakin Rusiya lideri hərbi müdaxilənin məqsədləri və onlara necə nail olmaq barədə qeyri-müəyyən danışır.

Zaman keçdikcə Donetsk bölgəsinin ələ keçirilməsi bütün kampaniyanın əsas məqsədi kimi getdikcə daha tez-tez dilə gətirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol