Çin 2030-a qədər Aya ayaq basa bilər
Çin 2030-cu ilə qədər insanlı missiya təşkil edərək Aya ayaq basmağı hədəflədiyini açıqlayıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) direktor müavini Lin Xiqiang mətbuat konfransı zamanı bildirib.
Çin rəsmisi bildirib ki, proqram zamanı gediş-dönüş, eniş, qısa müddət ərzində qalma, kəşfiyyat, nümunə toplama, araşdırma və geri dönüş kimi vəzifələr yerinə yetiriləcək.
"Bu missiya bəşəriyyətin Ay və Günəş sisteminin mənşəyi və təkamülü haqqında anlayışını dərinləşdirəcək və Çin Ay elminin inkişafına töhfə verəcək", -Lin vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox