• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Novruz Aslanov I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Novruz Aslanov I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
31.05.2023 11:17
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov aprelin 11-də I dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Maayın 30-da Milli Məclisin sədri xanım Sahibə Qafarova və sədr müavinləri təntənəli surətdə həmin ordeni Novruz Aslanova təqdim ediblər.

Həmin tədbirdə müvafiq ordenlərlə təltif olunmuş bir neçə millət vəkilinə də ordenlər təqdim edilib. Sahibə xanım Qafarova öz çıxışında respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən Novruz Aslanovun parlamentdəki fəaliyyətini də yüksək qiymətləndirib, üzvü olduğu aqrar siyasət və mədəniyyət komissiyalarının işində məhsuldar əməyinin dəyərləndirildiyini, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş filmin müsiqi tərtibatının Novruz Aslanova məxsus olduğunu, həmçinin, bu təltiflərin ümumilikdə Milli Məclisə verilən qiymət olduğunu bildirib.

Novruz Aslanov söz alaraq bu yüksək təltifə görə dövlət başçısına təşəkkürünü bildirib. Belə bir tədbirin keçirilərək ünvanına səsləndirilən xoş sözlərə görə Sahibə xanım Qafarovaya və Milli Məclisin rəhbərliyinə minnətdarlığını vurğulayıb. Eyni zamanda bunun böyük bir məsuliyyət olduğunu, bundan sonra da dövlətin həyata keçirdiyi uğurlu siyasətində fəal iştirak edəcəyini, dövlətə və onun rəhbərliyinə sədaqətlə xidmət göstərəcəyini və cənab Prezidentin siyasətinin yerlərdə icrasında və yerli ictimaiyyət arasında təbliğində səylərini davam etdirəcəyini söyləyib.     
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol