2024-cü ildə AÇG dərin laylarından qaz hasilatına başlanlacaq - Əliyev

"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun dərin laylarından (deep gas) qaz hasilatı 2024-cü ilin sonuna planlaşdırılır. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib.
"Əgər hər şey planımıza uyğun getsə, gələn ilin sonunadək biz ilk qaz hasilatına (ACG dərin sulu, - red) başlayacağıq. Yaxın gələcəkdə, hətta çox tezliklə" Abşeron yatağından qaz hasilatına başlayacaqğımızla bağlı şad xəbər eşidəcəyimizə ümidliyik" , - Əliyev çərşənbə günü 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılış mərasimində bildirib.
Hhazırda AÇG-in dərin sulu hissəsində qaz ehtiyatları 300 milyard kubmetr həcmində proqnozlaşdırılır.
"Azəri”, "Çıraq” və "Günəşli” yatağının dərinsulu yatağının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Lakin 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%).
Yeni saziş çərçivəsində investisiyalar 2050-ci ilə qədər olan dövr üçün 43 milyard dollar həcmində qiymətləndirilir. Neft hasilatının həcminin 500 milyon tondan çox olması planlaşdırılır.
AÇG hazırda Azərbaycanın ən böyük neft yatağıdır, ölkənin neft hasilatının 2/3 hissəsini təmin edir.
"Abşeron” yatağının işlənməsi SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılmış Birgə Abşeron Petroleum Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kvadrat kilometrdir.
Abşeron bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yatağın ehtiyatları 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir və onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.
Birinci mərhələdə hasilatın həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə çərçivəsində ildə təxminən 5 milyard kubmetr qaz hasil etmək nəzərdə tutulub. Yataqdan həmçinin gündəlik təxminən 10 000 barel kondensat hasil ediləcəyi də nəzərdə tutulub.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 