"Şahdəniz"də yeni kəşfiyyat quyusunun qazılması 2024-cü ilə kimi bitəcək

2023-cü ilin sonuna qədər BP Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında yeni "SDX-8" kəşfiyyat quyusunun qazılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə BP Azərbaycan şirkətinin prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
"Şahdəniz"də kəşfiyyat qazma proqramı 12 aya nəzərdə tutulub. Quyu "Şahdəniz” yatağının əvvəllər işlənilməmiş hissəsində qazılır. Geoloji və texnoloji xüsusiyyətləri nəzərə alsaq, bu proses kifayət qədər vaxt aparacaq və bu ilin sonundan tez olmayaraq başa çatacaq”, - BP-nin Xəzər və Yaxın Şərq regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
SDX-8 quyusunun qazılması Heydər Əliyev adına yarımdalma qazma qurğusunu ilə həyata keçirilir. Quyunun dərinliyinin 7 min metrə yaxın olacağı güman edilir.
Qazma nəticələri uğurlu olarsa, SDX-8 quyusu hazırda yatağın şərq qanadında istismar olunan layların altındakı daha dərin horizontların qazma göstəriciləri, hasilat imkanları və qaz resurs potensialı haqqında daha aydın təsəvvür yaradacaq.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və "Cenub Qaz" QSC Dehlizi” (6,67%).
"Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.
2022-ci ildə "Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci illə müqayisədə 11,5% artım ) və 4,4 milyon ton kondensat (4,8% artım) hasil edilib.
2022-ci ildə "Şahdəniz"dən qaz ixracı 20 milyard 803,7 milyon kubmetr (18,1% artım) təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 